Yaponiya “Google”a qarşı antiinhisar iddiası hazırlayır

Yaponiya “Google”a qarşı antiinhisar iddiası hazırlayır

Yaponiyanın Ədalətli Ticarət Komissiyası tezliklə Amerika texnologiya nəhəngi “Google”a qarşı rəqəmsal reklam biznesinə görə inzibati tədbir görə bilər.

NUHÇIXAN Yaponiya mediasına istinadla xəbər verir ki, mənbələrin bildirdiyinə görə, Ədalətli Ticarət Komissiyası “Google” şirkətini Yaponiyanın antiinhisar qanunvericiliyini pozaraq “Yahoo Japan” internet-portalı və “Line” mesajlaşma proqramının operatorunun sövdələşmələrini ədalətsiz şəkildə məhdudlaşdırmaqda şübhəli bilərək, onunla bağlı araşdırma aparıb.

Ehtimal edilir ki, araşdırmaya cavab olaraq, “Google” qanunla nəzərdə tutulan inzibati tədbirlər prosedurana uyğun, vəziyyətin yaxşılaşdırılması üzrə planı könüllü şəkildə Ədalətli Ticarət Komissiyasına təqdim edib. Bu prosedura görə, təkmilləşdirmə planı səmərəli hesab olunduğu təqdirdə, “Google” cərimələrdən və fəaliyyətinin dayandırılmasına dair əmrdən azad olunacaq.

Komissiya belə qənaətə gəlib ki, “Google”un davranışı antiinhisar qanunvericiliyinin pozulması ola bilər. Hesab olunur ki, araşdırma başlandıqdan sonra “Google” “Yahoo”ya müraciətini geri çağırıb. Bu ilin mart ayında Komissiya “Google”u ehtimal olunan qanun pozuntusu barədə məlumatlandırıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM