satellite   Azerspace-1: 11135 H 30000

Qırğızıstan Prezidenti Qazaxıstana rəsmi səfərə gedəcək

Qırğızıstan Prezidenti Qazaxıstana rəsmi səfərə gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Qazaxıstana rəsmi səfər edəcək.

Naxçıvan televiziyası Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.

“Səfər 18-19 aprel tarixlərində baş tutacaq. Səfər zamanı dövlət başçısı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə ikitərəfli danışıqlar aparacaq. Tərəflər qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığın cari məsələlərini, həmçinin Qırğızıstan-Qazaxıstan münasibətlərinin inkişaf perspektivlərini müzakirə edəcəklər”, - o bildirib.

Səfər çərçivəsində S.Japarov Qırğızıstan və Qazaxıstan Ali Dövlətlərarası Şurasının altıncı iclasında iştirak edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM