satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib

Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib

Türkiyənin Xarici İşlər Nazirliyi Livandakı vətəndaşlarına müraciət edərək onların tədbirli olmasını tövsiyə edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi səyahət xəbərdarlığı dərc edib.

“Regionumuzda baş verən son hadisələrin Livana yansıması çərçivəsində Livandakı vətəndaşlarımıza ehtiyatlı olmaları, lazım olmadıqca Nəbatiyyə, Cənubi Livan, Bekaa və Baalbek-Hirmil vilayətlərinə getməmələri tövsiyə olunur”, – XİN-in mətbuat xidməti diqqətə çatdırıb.

Eyni zamanda, vətəndaşlara nazirliyin və Beyrutdakı səfirliyin rəsmi mənbələrini izləmək məsləhət görülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM