satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 18-ə çatıb, 77 nəfər yaralanıb

Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 18-ə çatıb, 77 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölənlərin sayı 18-ə yüksəlib, 77 nəfər isə yaralanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti teleqramda bildirib.

Xilasedicilərin məlumatına əsasən, yaralılardan dördü körpədir. Bundan başqa, axtarış-xilasetmə əməliyyatı nəticəsində üç nəfəri dağıntı altından sağ çıxarmaq mümkün olub. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Xatırladaq ki, ötən gün Rusiya Silahlı Qüvvələri Çerniqovu atəşə tutub, şəhərdə matəm elan olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM