Aprelin 22-dən 30-dək davam edən Pasxa bayramından əvvəl İsrail çətin ki, İrana qarşı cavab tədbirləri görsün.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABC televiziyası amerikalı rəsmiyə istinadla məlumat yayıb.
O bildirib ki, vəziyyət həmişə dəyişə bilər. Baxmayaraq ki, İsrailin bayramdan əvvəl hər hansı bir addım atması ehtimalı yoxdur. Amerika rəsmisi, həmçinin qeyd edib ki, İran liderləri yüksək hazırlıq vəziyyətində olmağa davam edir, onlardan bəziləri sığınacaqlarda və yeraltı obyektlərdədir.
Qeyd edək ki, Pasxa yəhudilərin əsas bayramlarından biridir. İsraildən kənarda yaşayan yəhudilər ənənəvi olaraq bu bayramı səkkiz gün qeyd edirlər.