ABŞ institutu: Rusiya yaxın gələcəkdə ciddi irəliləyişə nail ola bilər

ABŞ institutu: Rusiya yaxın gələcəkdə ciddi irəliləyişə nail ola bilər

Rusiya yaxın gələcəkdə ciddi irəliləyişə nail ola bilər.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.

Qeyd olunub ki, bu, ABŞ-nin Ukraynaya dəstək səviyyəsindən asılıdır: “ABŞ-nin yardımı dayandırması nəticəsində Ukrayna artilleriya və hava hücumundan müdafiə çatışmazlıqları ilə üzləşir. Bu, Rusiya qüvvələrinə marjinal taktiki irəliləyişlər əldə etməyə imkan verir. ABŞ yardımı bərpa etməsə, Rusiya gələcəkdə daha ciddi uğurlar qazana bilər”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl deyib ki, ABŞ-nin dəstəyi olmadan Kiyev müharibədə qalib gələ bilməyəcək.

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu da rəsmi Vaşinqtonun Ukrayna qüvvələrinin effektiv müdafiə əməliyyatlarını aparmaq imkanını məhdudlaşdırdığını bildirib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM