satellite   Azerspace-1: 11135 H 30000

Rusiya-Ukrayna müharibəsində ilk dəfə Tu-22M3 bombardmançı təyyarəsi vurulub

Rusiya-Ukrayna müharibəsində ilk dəfə Tu-22M3 bombardmançı təyyarəsi vurulub

Rusiya-Ukrayna müharibəsində ilk dəfə Tu-22M3 bombardmançı təyyarəsi vurulub.

Naxçıvan televiziyası UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general-leytenant Nikolay Oleşuk bildirib.

O qeyd edib ki, bu təyyarə Rusiya hərbi aviasiyasının Ukraynanın dinc şəhərlərinə hücum etmək üçün istifadə etdiyi Kh-22 qanadlı raketləri ilə təchiz olunur.

General xatırladıb ki, Rusiya ötən gecə müxtəlif profilli raketlər və pilotsuz uçuş aparatları ilə Ukrayna ərazisinə hücum həyata keçirib:

“Qarşı tərəf ümumilikdə 36 hava hücumu vasitəsindən - 22 müxtəlif tipli raketlərdən və 14 zərbə dronundan istifadə edib”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM