satellite   Azerspace-1: 11135 H 30000

Hakan Fidan: Yaxın Şərqlə bağlı humanitar addımlarımız nəticə verməsə, daha hansı addımları ata biləcəyimiz barədə düşünürük

Hakan Fidan: Yaxın Şərqlə bağlı humanitar addımlarımız nəticə verməsə, daha hansı addımları ata biləcəyimiz barədə düşünürük

Türkiyə Yaxın Şərqlə bağlı humanitar addımları nəticə verməsə, daha hansı addımları ata biləcəyi barədə düşünür.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda misirli həmkarı Samih Şukri ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ankara bu məqsədlə öz müttəfiqləri ilə müzakirələr aparır: “Müxtəlif miqyaslarda bununla bağlı fikir mübadiləsi aparılır”.

Qeyd edək ki, Yaxın Şərqdə İsraillə HƏMAS arasında müharibə 2023-cü ilin oktyabrında başlayıb.

Xatırladaq ki, İran aprelin 13-də İsrail ərazisinə intensiv raket zərbələri endirib. İsrail isə aprelin 18-də İrandakı bir sıra obyektlərə hücum təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM