ABŞ Kiyevdəki səfirliyə əlavə hərbi müşavirlər göndərməyi nəzərdən keçirir

ABŞ Kiyevdəki səfirliyə əlavə hərbi müşavirlər göndərməyi nəzərdən keçirir

ABŞ Kiyevdəki səfirliyə əlavə hərbi müşavirlər göndərməyi planlaşdırır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Hərbi Hava Qüvvələrinin generalı Patrik Rayder “Politico”ya deyib.

Sözçü bildirib ki, müşavirlər hərbi vəzifələri yerinə yetirməyəcək, Ukrayna hökumətinə və ordusuna məsləhət verəcəklər.

“Münaqişə boyu Müdafiə Nazirliyi təhlükəsizlik şərtlərinin dəyişməsi ilə əlaqədar ölkədə mövcudluğunu nəzərdən keçirərək düzəliş edib. Hazırda səfirlikdəki Müdafiə Əməkdaşlığı Ofisinin genişləndirilməsi üçün bir neçə əlavə müşavir göndərməyi düşünürük”, – o açıqlayıb.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Daha sonra qanun layihəsi əksəriyyətin Ukraynaya yardımı dəstəklədiyi Senata ötürüləcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM