İranyönlü “İslam Müqaviməti Hərəkatı” Suriyada Amerika qüvvələrinin istifadə etdiyi Harrab əl-Cəyrdəki hərbi aerodromu raket atəşinə tutub.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Shafaq News” portalı məlumat yayıb.
Zərbə İraq ərazisindən Mosul şəhərinin şimal-qərbindəki Həməd Ağa bölgəsindən (Bağdaddan 400 km) endirilib. Qeyd olunub ki, aerodromda bir neçə güclü partlayış səsi eşidilib və qalın tüstü səmaya qalxıb.
Əvvəllər bu hərbi obyektə kamikadze PUA-lar tərəfindən hücum edilib.
Artıq ABŞ Hərbi Hava Qüvvələri Suriya aerodromuna atəş açmaq üçün istifadə edilən reaktiv yaylım atəşi sistemini məhv edib.