satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan İstintaq Komitəsi: Tavuşda iğtişaşlar zamanı 7 nəfər saxlanılıb

Ermənistan İstintaq Komitəsi: Tavuşda iğtişaşlar zamanı 7 nəfər saxlanılıb

Tavuşda keçirilən etiraz aksiyalarında 7 nəfər xuliqanlıqda şübhəli bilinərək saxlanılıb.

Naxçıvan televiziyası Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, saxlanılanlar arasında “Ermənistan” fraksiyasından olan deputat Qarnik Danielyanla dalaşan M.A. adlı şəxs də var.

Xatırladaq ki, hadisə ötən gün baş verib. Etirazçılar Ermənistan-Gürcüstan avtomobil yolunu bağlayıblar. Qarşıdurma zamanı etirazçılar yolun açılmasını tələb edən kəndlilərdən birinin avtomobilinə də ziyan vurublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM