KTMT-nin baş katibi: Azərbaycanın Qarabağda təhlükəsizliyi təmin edəcək öz qüvvələri var

KTMT-nin baş katibi: Azərbaycanın Qarabağda təhlükəsizliyi təmin edəcək öz qüvvələri var

Azərbaycanın Qarabağda təhlükəsizliyi təmin edəcək öz qüvvələri var.

NUHÇIXAN xəbər verir ki, bu barədə TASS agentliyinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov bildirib.

Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edən KTMT-nin baş katibi deyib: “Rusiya sülhməramlılarının Qarabağda yerləşməsi məsələsinə gəldikdə, hazırda bu ərazi orada təhlükəsizliyi təmin edəcək qüvvələrə malik olan Azərbaycan Respublikasına məxsusdur və aydındır ki, bu məsələ birtərəfli qaydada həll olunmur. Hesab edirəm ki, regionda sabitlik böyük dərəcədə Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması perspektivlərindən asılıdır”.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM