satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında keçirdiyi əməliyyatlar nəticəsində ümumilikdə 19 terrorçu zərərsizləşdirilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin (X) hesabında yerləşdirilib.

Məlumatda qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində İraqın şimalında PKK-ya mənsub 15 terrorçu, Suriyanın şimalında isə PKK/YPG-yə bağlı 4 terrorçu zərərsizləşdirilib.

Nazirlik bəyan edib ki, terrorçular onlar üçün qaçılmaz olan bu aqibətdən qurtula bilməyəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM