“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Əfqanıstanda hakimiyyətə gələn “Taliban” hərəkatının lideri Heybətullah Axundzadə İŞİD və digər silahlı qruplaşmalarla mübarizə üçün xüsusi bölmənin yaradılması barədə göstəriş verib.

NUHÇIXAN “Afghanistan International” portalına istinadla xəbər verir ki, Heybətullah Axundzadə hərbi komissiyaya göndərdiyi məktubda hazırda işsiz qalan döyüşçülərin həmin bölməyə səfərbər edilməsini tapşırıb. Xüsusi bölmə müasir avadanlıqlarla təchiz olunacaq və kəşfiyyat məlumatları əsasında əməliyyatlar həyata keçirəcək.

Əfqanıstan Daxili İşlər Nazirliyi yerli hakimiyyət orqanlarından işsiz “Taliban” üzvlərinin siyahısını hazırlamağı tələb edib. Onlar hərəkatın keçmiş döyüşçülərinin müxtəlif qruplaşmalara qoşulmasından narahatdırlar.

Xəbər lenti
Baş ucaldar mərd oğul

18:11 04.05.2024

Şərura dolu düşüb

16:16 04.05.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM