satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb

ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb

Amerika Birləşmiş Ştatları ATACMS taktiki ballistik raketlərini ictimaiyyətə açıqlama vermədən Ukraynaya çatdırıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Reuters” agentliyi Vaşinqton administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Adı açıqlanmayan rəsmi şəxs bildirib ki, çatdırılma son həftələrdə gizli şəkildə həyata keçirilib. Ukrayna isə aprelin 17-də səhər saatlarında Rusiya hədəfinə qarşı ilk dəfə olaraq ATACMS-dan istifadə olunub.

Raketlər ABŞ prezidenti Co Baydenin martın 12-də təsdiqlədiyi Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketinə daxil edilib.

Agentliyin həmsöhbəti Kiyevə dəqiq neçə raket göndərildiyini açıqlamayıb.

Öz növbəsində ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel faktı təsdiq edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM