satellite   Azerspace-1: 11135 H 30000

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus PUA ölkənin qərbindəki Racastan ştatında qəzaya uğrayıb.

Naxçıvan televiziyası “İndia Today” saytına istinadla xəbər verir ki, qəza nəticəsində insan tələfatı və maddi zərər qeydə alınmayıb. Pilotsuz təyyarə ştatın paytaxtı Caypurdan təxminən 600 kilometr qərbdə təlim uçuşu zamanı yerə çırpılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, keçən ay Hindistan Hərbi Hava Qüvvələrinin “Tejas” təyyarəsi də təlim zamanı qəzaya uğramışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM