satellite   Azerspace-1: 11135 H 30000

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Ermənistan hökuməti İranın Təbriz şəhərində Baş konsulluq açmaq haqqında qərar qəbul edib.

Naxçıvan televiziyası “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin aprelin 25-də keçirilən iclasında qəbul olunub.

Bildirilib ki, konsulluğun xərclərinin smetası da təsdiqlənib. Məlumata görə, iclasda baş konsulun aylıq əməkhaqqının 2 565 dollar, yaxud Ermənistanın Tehrandakı səfirinin maaşının 5/6 nisbətində olması təsdiqlənib.

Qeyd olunur ki, 2022-ci il oktyabrın 21-də İranın Ermənistanın Qafan şəhərində Baş konsulluğu açılıb. 2023-cü ilin dekabrında İran XİN-in rəhbəri Hüseyn Əmir Abdullahian Tehranda ermənistanlı həmkarı ilə keçirdiyi mətbuat konfransında 2024-cü ilin əvvəlində Təbrizdə Ermənistanın Baş konsulluğunun açılacağını bəyan etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM