satellite   Azerspace-1: 11135 H 30000

İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb

İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb

İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizin yay parkındakı kanalizasiya xəttində baş verən partlayış nəticəsində 4 nəfər yaralanıb.

Naxçıvan televiziyası İRNA-ya istinadən xəbər verir ki, bu barədə yerli fövqəladə hallar qurumunun ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Vahid Şadiniya bildirib.

Məlumata görə, yaralılar Təbrizdəki İmam Rza xəstəxanasına yerləşdirilib.

Şərqi Azərbaycan əyaləti Fövqəlada Hallar İdarəsi mətbuat xidmətinin məlumatına əsasən, Bostanabad rayonunun İranak kəndində təbii qaz balonunun partlaması nəticəsində isə 6 nəfər yaralanıb. Onlar hospitala yerləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM