satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanın baş prokuroru: Etirazlarla bağlı 2 mindən çox insan həbsdə qalır

Ermənistanın baş prokuroru: Etirazlarla bağlı 2 mindən çox insan həbsdə qalır

Hazırda Ermənistanda 2 mindən çox insan həbsdə qalır.

Naxçıvan televiziyası “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu ölkənin baş prokuroru Anna Vardapetyan Parlamentin hüquq məsələləri üzrə komissiyasının iclasında deyib.

Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesinin başlanması ilə əlaqədar keçirilən etiraz aksiyalarına görə siyasi həbslər barədə, müxalifətçi deputat Qeqam Nazaryanın sualını cavablandırarkən A.Vardapetyan prokurorluğu siyasətə cəlb etməməyə çağırıb.

Baş prokuror hüquqi baxımdan danışacağını və siyasi qiymət verə bilməyəcəyini bildirib.

O, qeyd edib ki, prokurorluq hər bir işi məhkəməyə göndərməzdən əvvəl diqqətlə araşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM