satellite   Azerspace-1: 11135 H 30000

KİV: Paşinyan Rusiya Prezidentinin inauqurasiyasında iştirak etməyəcək

KİV: Paşinyan Rusiya Prezidentinin inauqurasiyasında iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin mayın 7-də keçiriləcək inauqurasiyasında iştirak etməyəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.

Bildirilib ki, hazırda bununla bağlı qərar qəbul edilməyib.

Məlumata görə, o, mayın 8-də Avrasiya İqtisadi İtifaqının 10 illiyinə həsr olunan yubiley sammitinə qatılacaq.

Qeyd olunub ki, Nikol Paşinyan mayın 9-da Qələbə günü ilə bağlı Rusiyada təşkil olunacaq tədbirlərdə də iştirak etməyəcək.

Hökumətin mətbuat xidmətindən vurğulanıb ki, baş nazirin səfərləri ilə bağlı vaxtı çatanda məlumat yayacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM