satellite   Azerspace-1: 11135 H 30000

“TikTok” Avropa İttifaqında bloklana bilər

“TikTok” Avropa İttifaqında bloklana bilər

“TikTok” sosial şəbəkəsi Avropa İttifaqında bloklana bilər.

Naxçıvan televiziyası “Politico” nəşrinə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib.

“Bu, istisna deyil”- deyə, o bildirib. Von der Leyen xatırladıb ki, AK öz işçilərinə iş telefonlarına “TikTok” quraşdırmağı qadağan edən dünyada ilk təşkilat olub.

Keçən həftə “TikTok” istifadəçilərin mükafatlandırma proqramını dayandırıb. Bu addıma səbəb Avropa Komissiyasının növbəti xəbərdarlığı olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM