satellite   Azerspace-1: 11135 H 30000

Nikolas Maduro: Müharibə ABŞ üçün siyasi və iqtisadi biznesdir

Nikolas Maduro: Müharibə ABŞ üçün siyasi və iqtisadi biznesdir

“Müharibə ABŞ üçün siyasi və iqtisadi biznesdir”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro “Maduro Plus ilə” adlı müəllif proqramında deyib.

Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları bir sıra hərbi münaqişələr planlaşdırıb:

“ABŞ-ın bu məqsədlər üçün 95 milyard dollar ayırması bunu sübut edir. Ukrayna-Rusiya müharibəsi ən azı 20 ildir ki, Rusiyanın gücünü məhv etmək üçün planlaşdırılırdı, lakin ABŞ bunu bacarmadı. Rusiya bu gün iqtisadi, siyasi, sosial, texnoloji və hərbi baxımdan daha güclüdür”.

Prezident bildirib ki, ABŞ Venesuelanın öz ölkəsinin bir hissəsi hesab etdiyi Qayana ilə mübahisəli olan Qayana-Essekibo ərazisində Mərkəzi Kəşfiyyat İdarəsinin bazasını və ABŞ-ın Cənub Komandanlığını yaradıb:

“Onlar burada hərbi münaqişəyə başlamağı planlaşdırırlar. Müharibə ABŞ üçün siyasi və iqtisadi biznesdir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM