satellite   Azerspace-1: 11135 H 30000

Erməni hərbi həkimlər NATO-nun təlimlərində iştirak edəcəklər

Erməni hərbi həkimlər NATO-nun təlimlərində iştirak edəcəklər

Erməni hərbi həkimlər NATO-nun himayəsi altında Macarıstanda keçiriləcək beynəlxalq təlimlərdə iştirak edəcəklər.

Naxçıvan televiziyası “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, aprelin 30-dan Ermənistan Müdafiə Nazirliyinin hərbi tibb idarəsinin tibbi batalyonu (hərbi səhra hospitalı) Macarıstanın Varpaluta poliqonundadır. Erməni hərbi həkimlər NATO-nun “Vigorous Warrior 2024” adlı təlimində iştirak edəcəklər.

Bu hərbi tibbi təlimdə 32 ölkənin bölmələri və 7 mülki təşkilat iştirak edəcək. Təlimlər mayın 10-dək davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM