satellite   Azerspace-1: 11135 H 30000

Çində yol çökməsi nəticəsində ölənlərin sayı 36-ya çatıb

Çində yol çökməsi nəticəsində ölənlərin sayı 36-ya çatıb

Çinin cənubundakı Quandon əyalətində magistral yolun bir hissəsinin çökməsi nəticəsində ölənlərin sayı 36-ya çatıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, hadisə nəticəsində yoldan çıxaraq aşan və dağıntı altında qalan avtomobillərin axtarış işləri başa çatıb. Hadisədə xəsarət alan 30 nəfər tibb ocaqlarında müalicə alır.

Qeyd edək ki, hadisə mayın 1-də səhər erkən saatlarda Meycou-Dabu avtomagistralında baş verib. Çökmə nəticəsində 23 avtomobil yoldan çıxaraq aşıb. Yolun dağılmış hissəsinin uzunluğu 18 metrə, sahəsi isə 184 kvadratmetrə yaxındır. Yerli hakimiyyət orqanları magistralın çökməsinə ötən həftə Quanqdon əyalətində yağan güclü yağışın səbəb ola biləcəyini ehtimal edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM