satellite   Azerspace-1: 11135 H 30000

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib.

Naxçıvan televiziyası "TRT haber"ə istinadən xəbər verir ki, partlayış və ardınca baş verən yanğın nəticəsində bir nəfər xəsarət alıb.

Hadisə yerinə polis, Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə edilməsi Agentliyinin (AFAD) üzvləri, yanğınsöndürmə və təcili yardım briqadası cəlb olunub.

Yanğın zamanı yüngül xəsarət alan işçi xəstəxanaya çatdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM