satellite   Azerspace-1: 11135 H 30000

Macarıstanın XİN başçısı Makronu tənqid edib: Bəyanatları təhdid hesab edirik

Macarıstanın XİN başçısı Makronu tənqid edib: Bəyanatları təhdid hesab edirik

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Fransa Prezidenti Emmanuel Makronun Qərb qoşunlarının Ukraynaya göndərilməsi ehtimalı ilə bağlı bəyanatlarını tənqid edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Macarıstanın XİN başçısı LCI telekanalının efirində deyib.

“Biz bu bəyanatları təhdid hesab edirik və çox yaxşı başa düşürük ki, Qərb qoşunları Ukrayna ərazisində olarsa, müharibənin miqyası xeyli artacaq”, – Siyarto vurğulayıb.

Macarıstanın baş diplomatının sözlərinə görə, “münaqişənin eskalasiyası çox təhlükəli olardı”.

Onun fikrincə, Qərb silah tədarükündən sülh axtarışına keçməlidir.

“Ukraynaya yeni silah tədarükü, oraya qoşun göndərmək və ya nüvə silahından istifadə etməkdənsə, bu müharibəyə son qoymaq, atəşi dayandırmaq və sülh danışıqlarına başlamaq lazımdır”, – o irəli sürüb.

Diplomata görə, “Ukraynada Avropa və ya Amerika qoşunlarının olması qırmızı xətti keçmək demək olardı”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM