satellite   Azerspace-1: 11135 H 30000

Qahirədə Qəzza üzrə danışıqlarda ciddi irəliləyiş əldə olunub

Qahirədə Qəzza üzrə danışıqlarda ciddi irəliləyiş əldə olunub

Qəzza zolağında atəşkəsin bərqərar edilməsi üzrə Qahirədə keçirilən danışıqların sonuncu raundunun iştirakçıları “ciddi irəliləyiş” əldə ediblər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İhbariyyə” telekanalı məlumat yayıb.

Onun yüksəkranqlı mənbəsinin sözlərinə görə, Misir nümayəndə heyəti HƏMAS nümayəndələri ilə bütün lazımi detalları müzakirə edib və təşkilat üzvləri yaxın vaxtlarda Qahirəni tərk edəcəklər. Onların yaxın iki gün ərzində Misir paytaxtına qayıtması və “təklifə yekun cavab verəcəyi” gözlənilir.

Məsləhətləşmələrin gedişi və nəticələri ilə bağlı başqa təfərrüatlar hələlik verilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM