satellite   Azerspace-1: 11135 H 30000

Macarıstan və Ermənistan səfirliklərin yenidən açılması barədə razılığa gəliblər

Macarıstan və Ermənistan səfirliklərin yenidən açılması barədə razılığa gəliblər

Ermənistan və Macarıstan yaxın vaxtlarda İrəvan və Budapeştdə səfirliklərin bərpası barədə razılığa gəliblər.

Naxçıvan televiziyası Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto ermənistanlı həmkarı Ararat Mirzoyanla danışıqlardan sonra bildirib.

“Bu, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması prosesində daha bir mühüm addım olacaq”, - Macarıstan XİN başçısı deyib.

O xatırladıb ki, Macarıstan və Ermənistan 10 illik fasilədən sonra 2022-ci ilin dekabrında diplomatik münasibətləri bərpa ediblər.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Macarıstanda rəsmi səfərdədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM