satellite   Azerspace-1: 11135 H 30000

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Ukraynalı pilotlardan ibarət ilk qrupun təlimi mayın sonunda başa çatacaq, F-16 qırıcıları isə iyul ayında Kiyevə təhvil veriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, Ali Radanın deputatı Aleksey Qonçarenko bu barədə özünün sosial media hesabında yazıb.

Ukrayna uzun müddətdir ki, tərəfdaşlarından F-16 qırıcıları istəyir. Lakin Qərb ölkələri pilotların və yerüstü xidmət personalının lazımi hazırlığı olmadan onları Kiyevə vermək istəmir. Danimarka, Hollandiya, ABŞ və bir sıra digər dövlətlər hazırda ukraynalı pilotların təlimlərində fəal iştirak edirlər.

Rusiya prezidenti Vladimir Putin isə Ukraynaya yeni silahların, o cümlədən F-16 qırıcılarının verilməsi ilə cəbhədəki vəziyyətin dəyişməyəcəyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM