İsveç daxili sərhədində müvəqqəti sərhəd nəzarətini noyabr ayına qədər uzadıb

İsveç daxili sərhədində müvəqqəti sərhəd nəzarətini noyabr ayına qədər uzadıb

İsveç hökuməti daxili sərhəddə sərhəd nəzarətini mayın 12-dən noyabrın 11-dək uzatmaq qərarına gəlib.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə hökumət dəftərxanasının məlumatında deyilir.

Ölkənin Nazirlər Kabineti ictimai qaydaya və daxili təhlükəsizliyə ciddi təhlükədən ehtiyat edir.

“İsveçlə bağlı ciddi təhlükəsizlik vəziyyəti və təhdid mənzərəsi hələ də qalmaqdadır. Bu ilin yanvar ayında təhlükəsizlik polisinin rəhbəri də artan qeyri-müəyyənliklər səbəbindən ölkədə terror təhlükəsinin riskinin beşballıq şkala ilə 4 olduğunu bildirmişdi”, - dəftərxanadan qərara izah verilib. Qeyd edilib ki, təhlükəsizlik vəziyyətinə İsrail və HƏMAS hərəkatı arasındakı münaqişə təsir edir.

Qeyd edək ki, Avstriya, Almaniya, Danimarka və Norveçdə də müvəqqəti sərhəd nəzarətinin tətbiqi ilə bağlı oxşar qərarlar qəbul edilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM