satellite   Azerspace-1: 11135 H 30000

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən hərbi paradda çıxış edərkən bildirib ki, İkinci Dünya müharibəsi ilə bağlı həqiqətləri təhrif etməyə çalışırlar.

Naxçıvan televiziyası xəbər verir ki, Vladimir Putin doğma torpaqlarını müdafiə edən, nasizmi darmadağın edən, Avropa xalqlarını azad edən insanların xatirəsinin bu gün ehtiramla yad edildiyini söyləyib.

“Bu gün İkinci Dünya müharibəsi ilə bağlı həqiqətlərin təhrif edilməsinə çalışıldığını görürük. Bu, əslində müstəmləkə siyasətini riyakarlıq və yalan üzərində qurmağa alışanlara mane olur”, - deyə o bildirib.

O əlavə edib ki, revanşizm, tarixi təhrif etmək, nasistlərin indiki davamçılarına bəraət qazandırmaq cəhdi Qərb elitalarının yeni regional münaqişələrin, millətlərarası və dinlərarası düşmənçiliyin qızışdırılması, qlobal inkişafın suveren, müstəqil mərkəzlərinin qarşısının alınması üzrə ümumi siyasətinin bir hissəsidir.

Putin vurğulayıb ki, Rusiya indi çətin, keçid dövrünü yaşayır və qlobal toqquşmanın qarşısını almaq üçün əlindən gələni edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM