satellite   Azerspace-1: 11135 H 30000

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 267-yə çatıb

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 267-yə çatıb

Keniyada üç həftədir davam edən daşqınlar nəticəsində ölənlərin sayı 267-yə, yaralananların sayı isə 188 nəfərə çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Keniyanın daxili işlər naziri Kisure Kindiki bildirib.

Onun sözlərinə görə, 75 nəfər itkin düşüb. Nazir qeyd edib ki, təbii fəlakət 389 min nəfərin həyatına təsir edib, 56 min ailə isə evini tərk etməyə məcbur olub.

İnformasiyaya əsasən, Keniyada 9 min dekar kənd təsərrüfatı sahəsi zərər görüb, 4 min kənd təsərrüfatı heyvanı tələf olub. Hökumət daşqınlardan zərər çəkənlər üçün 167 düşərgə yaradıb.

Keniya da daxil olmaqla Tanzaniya, Somali, Burundi və Konqo Demokratik Respublikası kimi Şərqi Afrika ölkələri leysan yağışların yaratdığı daşqınlardan ziyan görüb.

Qeyd edək ki, bir müddət əvvəl Keniyada təbii fəlakət nəticəsində ölənlərin sayının 228 nəfər olduğuna dair məlumat yayılmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM