satellite   Azerspace-1: 11135 H 30000

Dehlidə qasırğa nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb

Dehlidə qasırğa nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb

Hindistanın paytaxtı Dehlidə qasırğa nəticəsində azı 2 nəfər həlak olub, 23 nəfər yaralanıb.

Naxçıvan televiziyası “The Hindu” saytına istinadən xəbər verir ki, ötən gecə güclü külək Dehlidə ağacları, elektrik dirəklərini kökündən qoparıb, binalara ciddi ziyan vurub. Qasırğa nəticəsində bir çox ərazilərdə elektrik təchizatında problem yaranıb, bəzi təyyarə reysləri təxirə salınıb.

Hindistan Meteorologiya Departamenti aprelin 13-dək ölkənin mərkəzi, şərq və cənub ərazilərində güclü küləklə müşayiət olunan yağışlı hava şəraitinin davam edəcəyini proqnozlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM