satellite   Azerspace-1: 11135 H 30000

İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb

İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb

İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb.

Naxçıvan televiziyası İran KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Seçki Qərargahının mətbuat katibi Möhsün Eslami bildirib.

O, həmçinin seçkilərdə iştirak edəcək namizədlərin mayın 28-dən qeydiyyata alınmasına başlanılacağını söyləyib.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter İran-Azərbaycan sərhədi yaxınlığındakı Varziqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada prezident helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.

İran Konstitusiyasına əsasən, 50 gün ərzində təşkil edilməli olan seçkilərədək prezidentin səlahiyyətlərini birinci vitse-prezident icra edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM