satellite   Azerspace-1: 11135 H 30000

Norveç rusiyalı turistlərə viza verməyəcək

Norveç rusiyalı turistlərə viza verməyəcək

Norveç Ukraynada davam edən müharibə səbəbindən rus turistlərin ölkəyə girişini daha da məhdudlaşdırmaq qərarına gəlib. Rusiyalı turistlərin ölkəyə girişinə qadağa qoyulacaq.

Naxçıvan televiziyası “euractiv” saytına istinadla xəbər verir ki, qərara əsasən, turizm və digər "birinci dərəcəli əhəmiyyət daşımayan" məqsədlərlə Norveçə səfər etmək istəyən Rusiya vətəndaşlarına viza verilməyəcək. Lakin qohumlarını ziyarət etmək, işləmək və ya təhsil almaq məqsədilə ölkəyə gəlmək istəyənlər üçün istisnalar edilə bilər.

Yeni qaydalar mayın 29-dan qüvvəyə minəcək. Qərar digər Şengen ölkələrindən viza alan şəxslərə də şamil olunacaq.

Xatırladaq ki, Norveç 2022-ci ilin sentyabrında Rusiya ilə sadələşdirilmiş viza rejimi barədə müqavilənin fəaliyyətini dayandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM