satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan DTX əməliyyat keçirib, İŞİD-lə əməkdaşlıqda şübhəli bilinən iki nəfər saxlanılıb

Gürcüstan DTX əməliyyat keçirib, İŞİD-lə əməkdaşlıqda şübhəli bilinən iki nəfər saxlanılıb

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ölkə ərazisində xüsusi antiterror əməliyyatı keçirib. Nəticədə İŞİD-lə əməkdaşlıqda şübhəli bilinən iki nəfər Gürcüstan vətəndaşı saxlanılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, xüsusi əməliyyat Batumi şəhərinin iki hissəsində eyni vaxtda keçirilib. Saxlanılan şəxslərdən pulemyotlar, tapançalar, əl qumbaraları, “İslam dövləti”nin rəmzləri" və digər maddi sübutlar götürülüb.

Saxlanılan şəxsləri 10 ildən 17 ilə qədər həbs cəzası gözləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM