TÜRKPA-nın 13-cü plenar iclasında Bakı Bəyannaməsi yekdilliklə qəbul edilib.
Naxçıvan televiziyası xəbər verir ki, bəyannamənin qəbulu ilə plenar iclas başa çatıb.
Qeyd edək ki, bu gün Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü iclası keçirilib. İclasda TÜRKPA-ya daimi komissiyalarının sədrləri, sədr müavinləri və baş katibə yeni müavin seçilib. Həmçinin bir sıra təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
