satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də kollec yaxınlığında atışma olub, ölən və yaralananlar var

ABŞ-də kollec yaxınlığında atışma olub, ölən və yaralananlar var

İyunun 7-də axşam saatlarında ABŞ-nin Los-Anceles şəhərində yerləşən Kompton Kolleci yaxınlığında baş verən atışma nəticəsində bir nəfər ölüb, azı dörd nəfər yaralanıb.

Naxçıvan televiziyası CBS-yə istinadən xəbər verir, bu barədə yerli şerif departamenti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, hadisənin kolleclə əlaqəsi yoxdur. Qeyd edilib ki, atışma zamanı beş nəfər yaralanıb, amma onlardan biri xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Hadisənin motivləri və onu törədənin şəxsiyyəti hələ ki müəyyən edilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM