satellite   Azerspace-1: 11135 H 30000

Leysan Ankarada nəqliyyatın hərəkətini iflic edib

Leysan Ankarada nəqliyyatın hərəkətini iflic edib

İyunun 8-də güclü leysan Türkiyə paytaxtının müxtəlif rayonlarında nəqliyyatın hərəkətini iflic edib.

Naxçıvan televiziyası xəbər verir ki, Ankaranın bir sıra məhəllələrində, xüsusilə Sincan rayonunda yeraltı keçidlər və metro stansiyalarına su dolub.

Paytaxtda onlarla nəqliyyat vasitəsi də su altında qalıb. Bələdiyyə işçiləri xüsusi texnikalarla sürücülərə və sərnişinlərə kömək ediblər.

Ankaranın bir hissəsində yerüstü ictimai nəqliyyatın və metronun hərəkəti dayandırılıb, paytaxtın digər rayonlarında uzun tıxaclar yaranıb.

Təbii fəlakət nəticəsində zərərçəkənlər barədə hələlik məlumat verilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM