satellite   Azerspace-1: 11135 H 30000

İrəvanda etirazçılar Baqramyan prospektini bağlamaq və çadır qurmaq niyyətindədirlər

İrəvanda etirazçılar Baqramyan prospektini bağlamaq və çadır qurmaq niyyətindədirlər

Ermənistanın “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, nümayişçilər heç yerə getməyəcək və çadır quraraq Baqramyan prospektini bağlayacaqlar.

Naxçıvan televiziyası xəbər verir ki, hadisə yerindən yayımı yerli xəbər portalları aparır.

"Biz burada qalacağıq, avtomobillərimizə yerləşəcəyik və çadırlar quracağıq. Polis Dəmirçyan küçəsini bağlayıb, biz isə Baqramyan prospektini bağlayacağıq", - Qalstanyan tərəfdarlarına bildirib.

Arxiyepiskop müxalifət hərəkatının parlament binasına yürüşünün qarşısını kəsən polisə müraciət edib. O, qeyd edib ki, etirazçılar "yorğun adamlar deyil", buna görə hüquq-mühafizə orqanlarının əməkdaşları gecə-gündüz şəhərin küçələrini patrul çəkməli olacaqlar. Arxiyepiskop bütün Ermənistan vətəndaşlarını səhər saatlarında Baqramyan prospektində parlament binası yaxınlığında çadırlarda gecələdikləri nümayişə qoşulmağa çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM