satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə mədəndə torpaq altında qalan beş nəfərin meyiti tapılıb

Türkiyədə mədəndə torpaq altında qalan beş nəfərin meyiti tapılıb

Türkiyənin Ərzincan əyalətinin İliç rayonunda mədənin çökməsi nəticəsində torpaq altında qalan beş fəhlənin meyiti çıxarılıb.

Naxçıvan televiziyası “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Ərzincan əyaləti valiliyinin yaydığı açıqlamada bildirilib.

Məlumata görə, bu il fevralın 13-də İliç rayonunda mədəndə baş verən çöküntü nəticəsində doqquz fəhlə itkin düşmüşdü.

Digər dörd nəfər barədə hələ də məlumat yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM