satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan müxalifətinin hökumətə etimadsızlıq təklifi rədd edilib

Ermənistan müxalifətinin hökumətə etimadsızlıq təklifi rədd edilib

Ermənistan parlamentinin şurası müxalifətin baş nazir Nikol Paşinyanın impiçmentini müzakirə etmək üçün növbədənkənar iclas çağırmaq təklifini rədd edib.

Naxçıvan televiziyası “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan bildirib.

Bundan əvvəl müxalifət parlamentin növbədənkənar sessiyanın gündəliyinə hökumətin istefası və yeni hökumətin formalaşdırılması ilə bağlı məsələnin salınmasını təklif edib.

“Vətəndaş müqaviləsi”nin parlament fraksiyasının rəhbəri Hayk Kondjoryan müxalifəti plenar iclas zamanı onları maraqlandıran məsələləri müzakirə etməyə və ya "Parlament saatı"nda seçilmiş baş nazirə və hökumətə müraciət etməyə dəvət edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM