satellite   Azerspace-1: 11135 H 30000

Rusiya ilə İran arasında əhatəli saziş razılaşdırılıb

Rusiya ilə İran arasında əhatəli saziş razılaşdırılıb

Rusiya ilə İran arasında əhatəli saziş Tehran tərəfindən bu sənəddə təsbit edilmiş məsələlər üzrə bir sıra prosedur qaydalarının yerinə yetirilməsindən sonra imzalana bilər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRICS ölkələri xarici siyasət idarələrinin iclasının yekunlarına dair keçiriləm mətbuat konfransında məlumat verib.

Lavrov əlavə edib: “Amma bu sənədin prezidentlərin təsdiqinə və müvafiq olaraq imzalanmaya təqdim edilməsi üçün İran İslam Respublikası tərəfindən sazişdə təsbit edilmiş məsələlər üzrə bir sıra prosedur qanunvericilik qaydalarının yerinə yetirilməsi lazımdır. Hələ ki, onlar yerinə yetirilməyib.

Nazir əlavə edib ki, sənədin mətni tam razılaşdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM