satellite   Azerspace-1: 11135 H 30000

Fidan Putinlə görüşdə Türkiyə-Rusiya münasibətlərinin müstəsna yaxşı səviyyədə olduğunu bildirib

Fidan Putinlə görüşdə Türkiyə-Rusiya münasibətlərinin müstəsna yaxşı səviyyədə olduğunu bildirib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidenti Vladimir Putinlə görüşdə “iki ölkə arasında münasibətlərin fövqəladə yaxşı olduğunu” söyləyib.

Naxçıvan televiziyası “Anadolu”ya istinadən xəbər verir ki, türkiyəli nazir BRICS+ iclasına qatılmaq, habelə ikitərəfli görüşlərdə iştirak etmək məqsədilə Rusiyada səfərdədir.

Agentliyin diplomatik mənbələrdən aldığı məlumata görə, Türkiyənin XİN başçısı Rusiya Prezidenti ilə görüşdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdıraraq iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb:

“İki ölkə arasındakı münasibətlər həqiqətən də fövqəladə yaxşı səviyyədədir. Ticarət mövzusunda lazımlı addımlar atılmalıdır”.

Eyni zamanda, türkiyəli diplomat Ukrayna-Rusiya müharibəsi kontekstində ölkəsinin vasitəçilik fəaliyyətindən əsirgəməyəcəyini qeyd edib.

“Ukrayna mövzusundakı mümkün olan hər cür vasitəçilik fəaliyyətlərini davam etdirməkdə qərarlıyıq”, – Fidan deyib. Eyni zamanda, Suriya məsələsinə də toxunan diplomat sabitliyin qorunmasında Ankaranın “əlindən gələni etdiyinə” diqqət çəkib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM