satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan Prezidenti ikinci müddətə namizədliyini irəli sürmək imkanını istisna etməyib

Gürcüstan Prezidenti ikinci müddətə namizədliyini irəli sürmək imkanını istisna etməyib

Gürcüstan Prezidenti Salome Zurabişvili deyib ki, o, ikinci müddətə namizədliyini irəli sürmək imkanını istisna etmir, lakin bunun üçün ilk növbədə müxalifətin 2024-cü il oktyabrın 26-da keçiriləcək parlament seçkilərində qalib gəlməsi lazımdır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə o, gənclərlə görüşündə bildirib.

“Mən dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, işimizi sona çatdırmaq üçün lazım olan yerdə olacağam <...> Nəticəni (parlament seçkilərinin nəticəsi – red.) müdafiə edəcək, onu Brüsselə çatdıracaq və danışıqların aparılacağına dair təsdiqi alacaq şəxs olmaq istəyirəm. Bu prezident rolunda olacaq ya yox, gələcək göstərəcək. Hər şeyə hazıram”, – Zurabişvili qeyd edib.

Salome Zurabişvili 2018-ci ildə Gürcüstanın prezidenti olub. Sonra o, istisna olaraq adi beş il əvəzinə altı il müddətinə seçilib, çünki növbəti prezident ümumi, ümumxalq səsverməsi ilə deyil, 300 seçici tərəfindən seçiləcək, onların arasında parlament üzvləri və yerli hökumət nümayəndələri də olacaq. Növbəti prezident seçkiləri parlament seçkilərindən sonra 2024-cü ildə keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM