satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan Təhlükəsizlik Xidməti müxalifətə xəbərdarlıq edib

Ermənistan Təhlükəsizlik Xidməti müxalifətə xəbərdarlıq edib

Ermənistan Təhlükəsizlik Xidməti müxalifətin “Vətən naminə Tavuş” hərəkatının bu gün günortadan sonra parlament binası önündə keçiriləcək mitinqi fonunda təşkilatçılara konstitusiya quruluşunu pozmaq cəhdlərinə qarşı xəbərdarlıq edib.

Naxçıvan televiziyası xəbər verir ki, Təhlükəsizlik Xidmətinin açıqlamasında deyilir: “Konstitusiya quruluşunu istənilən hücumlardan qorumaq missiyasını nəzərə alaraq, qanunla nəzərdə tutulan bütün vasitələrdən istifadə edilməklə istənilən qanunsuz davranışın qarşısı alınacaq”.

Qeyd edək ki, Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın da iştirak edəcəyi hökumət saatının keçiriləcəyi vaxt parlament binası yaxınlığında böyük mitinq keçirməyə hazırlaşır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM