satellite   Azerspace-1: 11135 H 30000

Belarus Ermənistandakı səfirini geri çağırır

Belarus Ermənistandakı səfirini geri çağırır

Belarus Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırır.

Naxçıvan televiziyası BELTA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Belarus Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anatoli Qlaz bildirib.

Onun sözlərinə görə, bu məsələyə aydınlıq gətirmək üçün Ermənistan səfirliyinin nümayəndəsi XİN-ə çağırılıb:

“Vəziyyətin inkişafını nəzərə alaraq, yaxın vaxtlarda İrəvandan olan səfirimiz də Minskə gələcək”.

O vurğulayıb ki, əgər Ermənistanda kimsə xarici düşmən obrazı yaratmaqla diqqəti daxili problemlərdən yayındırmaq qərarına gəlibsə, bu, uzaqgörən mövqe deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM