satellite   Azerspace-1: 11135 H 30000

BOK 2025-2028-ci illərdə dopinqlə mübarizəyə 10 milyon dollar ayıracaq

BOK 2025-2028-ci illərdə dopinqlə mübarizəyə 10 milyon dollar ayıracaq

Beynəlxalq Olimpiya Komitəsi (BOK) növbəti Olimpiya Oyunları zamanı dopinq testlərinin keçirilməsi üçün 10 milyon dollar ayıracaq.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bunu BOK-un rəsmi nümayəndəsi Mark Adams deyib.

"BOK növbəti olimpiadalar zamanı, yəni 2025-ci ildən 2028-ci ilə qədər Beynəlxalq Test Agentliyinin inkişafına əlavə dəstək vermək üçün 10 milyon dolları məbləğində yeni maliyyə vəsaiti ayırıb", - Adams vurğulayıb.

Qeyd edək ki, bu il Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM