satellite   Azerspace-1: 11135 H 30000

Ukraynaya silah tədarükünə nəzarət NATO-ya verilir

Ukraynaya silah tədarükünə nəzarət NATO-ya verilir

NATO-nun müdafiə nazirləri Ukraynaya silah tədarükünə nəzarətin alyansa verilməsi planı ilə bağlı razılığa gəliblər.

Naxçıvan televiziyası xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“NATO-nun yardımını və təlimini necə idarə edəcəyini müəyyən edən plan üzərində razılaşdıq. Bu, iyulda keçiriləcək sammitdə bu istiqamətdə səylərə başlamağa imkan verəcək”, - o vurğulayıb.

Onun sözlərinə görə, Ukraynaya silah tədarükünün koordinasiyasını NATO-nun Visbadendəki strukturları həyata keçirəcək.

NATO-nun növbəti sammiti 2024-cü il iyulun 9-dan 11-dək ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək və alyansın 75-ci ildönümünə həsr olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM