Belqorod vilayətinin atəşə tutulması nəticəsində 7 nəfər ölüb

Belqorod vilayətinin atəşə tutulması nəticəsində 7 nəfər ölüb

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov son sutkada regionun atəşə tutulması nəticəsində yeddi mülki sakinin öldüyünü deyib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə vilayət başçısı teleqramda bildirib.

“Dünən Ukrayna Silahlı Qüvvələrinin əli ilə 7 dinc sakin həlak olub, 10-u yaralanıb, 3-ü xəstəxanaya yerləşdirilib”, – o qeyd edib.

Xatırladaq ki, mayın sonuna olan məlumata əsasən, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri Rusiyada 238 mülki şəxs həlak olub, itkilərin əksəriyyəti Belqorod vilayətində olub.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

10:04 30.04.2025

Çox oxunan xəbərlər

CANLI YAYIM